Ölkə futbolu

Mənsimova söz verdilər: “Neftçi”ni məğlub edəcəyik”

Premyer Liqanın XIII turunda “Dalğa Arena” stadionunda “Neftçi”ni qəbul edəcək  “Xəzər Lənkəran” növbəti məşqini keçirib. Komanda noyabrın 22-də-da saat 17:00-da “Dalğa Arena”da məşqə çıxıb. Hazırlıq prossesinə başlamazdan klub prezidenti meydançada futbolçularla qısa toplantı keçirib. “İnter”lə oyundakı məğlubiyyət barədə qısa fikir bildirərək komanda üzvlərinə olan iradlarını gizlətməyən Mais Mənsimov “Neftçi” ilə matçın əhəmiyyətindən də danışıb, məhz bu qarşılaşmada qazanılacaq uğura bütün camiənin ehtiyacı olduğunu dilə gətirib. Futbolçular da öz növbələrində klub prezidentinə “Neftçi” ilə oyunda qələbə sözü veriblər.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43