Ölkə futbolu

Mərkəzi arena növbəti şouya hazırlaşır: Bizi “Qarabağ” – “İnter” matçında nə gözləyir?

Avropa Liqasının qrup mərhələsinin VI turunda dekabrın 11-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “İnter” matçında anşlaq olacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun tarixi matçı üçün ötən gündən biletlər satışa çıxarılmışdı ki, artıq ilk gündən azarkeşlər kassalarda növbələrlə qarşılaşıblar.

“Qarabağ” rəhbərliyi isə digər iki ev matçında olduğu kimi bu dəfə də ənənəsinə sadiq qalaraq 30 min “Qarabağ” bayrağı tribunalara bəziyəcək.

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43