24 Yanvar 2020
Ölkə futbolu

Məşqçilərimiz rəqiblərimizin oyununu izləyəcək

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin F qrupunda sentyabrın 10-da Lüksemburq şəhərində keçiriləcək Lüksemburq – Şimali İrlandiya oyununu Aslan Kərimov, həmin gün Sankt-Peterburq şəhərində keçiriləcək Rusiya – İsrail qarşılaşmasını isə Nazim Süleymanov izləyəcək.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakıda keçiriləcək.

Oxşar xəbərlər

“Qarabağ”dan 250-ci qələbə

admin

“Neftçi”nin yeni transferinin vurduğu qollar – VİDEO

admin

İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədir”

admin