Dünyadan

Messi ilin ən yaxşı bombardiri oldu

İspaniyanın “Barselona” futbol klubunun argentinalı forvardı Lionel Messi ölkə çempionatının 16-cı turunda “Espanyol”la oyunda (4:1) fərqlənməklə ilin ən yaxşı bombardiri olub.

90-cı dəqiqədə komandasının dördüncü qolunu vuran argentinalı cari ildə 51-ci dəfə rəqibləri məyus edib. Beləliklə də Messi “Top-5” liqalarında çıxış edən futbolçular arasında bütün turnirlərdə vurulan qollara görə birinci olub.

2016-cı ildə İspaniya La Liqasında isə “Barselona”nın digər üzvü Luis Suares ən məhsuldar futbolçu olub. Uruqvaylı hücumçu Premyer Liqada 48 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43