Dünyadan

Messi rekorda doymur: “Mançester Siti”yə vurduğu qolla yeni tarix yazdı

“Barselona”nın ulduz futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, argentinalı forvard “Mançester Siti” ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə vurduğu qolla bu turnirdə bir komandada ən çox qol vuran futbolçu adına yiyələndi. Belə ki, Messi Mançester klubu ilə oyunda fərqlənərək, katalonların forması ilə ÇL-də 67-ci qolunu vurub. Bununlada Madrid “Real”ının əfsanəsi Raulun 66-lıq qol səddini aşan Messi daha bir rekorda ima atdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43