Kateqoriyasız

Messinin adı ölümsüzləşdiriləcək – Açıqlama

İspaniya Futbol Federasiyasının prezidenti Xavier Tebas Messinin adının ölümsüzləşməsi lazım olduğunu deyib. O, İspaniya La Liqasında verilən ilin ən yaxşı oyunçusu mükafatına Messinin adının verilə biləcəyini bildirib:

“Messi bütün vaxtların ən yaxşı oyunçusudur. Bu gün olmasa belə bir gün hər kəs bunu qəbul edəcək. Buna görə də onun adını ölümsüzləşdirməyi düşünürük. Məsələn FİFA “Puşkaş ilin ən yaxşı qolu” mükafatı kimi biz də İspaniyada “Messi ilin ən yaxşı oyunçusu” mükafatı tətbiq edə bilərik”.

Qeyd edək ki, La Liqada  mövsümün bombardirinə Piçiçi, ən yaxşı qapıçıya isə  Zamora adına mükafat verilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43