Dünya futbolu

Messiyə 35 milyon avroluq təklif

“Barselona” Lionel Messi ilə müqavilənin müddətini artırmaq barədə danışıqları davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Katoloniya klubu argentinalı futbolçunu razı salmaq üçün ona illik 35 milyon avro ödəməyə hazır olduğu bildirilib. Ancaq tərəflər hələlik razılığa gələ bilməyiblər.

Qeyd edək ki, ulduz futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ilin iyununda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43