İdman

“Milan” avrokuboklara buraxıldı

“Milan” yeni mövsümdə avrokuboklarda iştirak edə biləcək.

İdmanxeber.com-un məlumatına görə, İdman Arbitraj Məhkəmsi (CAS) maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən kluba verilən cəzanı ləğv edib.

“La Reppublica” nəşrinin iddiasına görə, “Milan”ın vəkilləri CAS-dan “İnter”, “Mançester Siti” və PSJ klublarının maliyyə-feyr pley qaydalarının tətbiqinə diqqət yetirməsini xahiş edib. Məhz bundan sonra məhkəmə İtaliya təmsilçisinin apellyasiya şikayətini təmin edib.

Qeyd edək ki, UEFA “Milan”ı 2 il müddətinə avrokuboklardan kənarlaşdırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43