Dünya futbolu

“Milan”dan Donnarumma açıqlaması

“Milan” yetirməsi Canluici Donnarummanı bu mövsüm heç bir komandaya satmayacaq.

İdmanxeber.com-un məlumatına görə, bunu klubun prezidenti Silvio Berluskoni deyib. O, bildirib ki, 18 yaşlı əlcək sahibini heç bir məbləğə satmayacaqlar:

“O, bizim ən möhtəşəm yetirmələrimizdən biridir. Donnarumma klubumuzun formasına və rənglərinə ürəkdən bağlı insandır. Sizi əmin edirəm ki, onu heç bir komandaya satmayacağıq. Heç bir məbləğ Donnarummanı bizdən ayıra bilməz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43