İdman

Millətlər Liqasının püşkatması canlı yayımlanacaq

Sabah İsveçrənin Lozanna şəhərində atılacaq UEFA Millətlər Liqasının püşkatma mərasimi canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasim “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Millətlər Liqasında oyunlar bu il sentyabrın 6-8-də başlayacaq. Millimiz D divizionunda mübarizə aparacaq.

Əlavə edək ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovla millimizin baş məşqçisi Qurban Qurbanov iştirak edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43