İdman

Millilərimizin baş məşqçiləri danışdı

U-17, U-18 və U-19 millilərimizin yeni baş məşqçiləri təyinatları ilə bağlı danışıblar.

İdmanxeber.com-un məumatına görə, məşqçilərin hər üçü AFFA-nın saytına açıqlamalarında məsuliyyətli işə başladıqlarını bildiriblər:

U-17-nin baş məşqçisi Ramin Quliyev

“Milli komandada çalışmaq son dərəcə məsuliyyətli, bir o qədər də şərəfli işdir. Belə bir vəzifəni mənə həvalə etdikləri üçün minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəm”.

U-18-in baş məşqçisi Zaur Həşimov

“Mənə qürurverici və məsuliyyətli bir iş tapşırılıb. Etimad göstərdiklərinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Azərbaycan futboluna fayda vermək üçün bütün bacarığımla çalışacağam”.

U-19-un baş məşqçisi Vüqar Məmməd

“Məşqçi heyətimlə birlikdə mənə göstərilən etimadı doğrultmağa çalışacam. Avropa çempionatının seçmə mərhələsində yer aldığımız qrupdan xəbərim var. Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik. Həmçinin bu yaş qrupunda olan futbolçuları tanıyıram. U-17 yığmamıza ötən seçmə mərhələdə rəhbərlik etmişdim. Qısa zamanda çətin qrupda heç də pis olmayan nəticələr əldə etmişdik. Digər yığma komandalarımıza təyin edilmiş bütün məşqçi həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43