Milli komanda

Millimiz AZAL-ı məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət milli komandamız hazırlıq matçında qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Premyer Liqada mübarizə aparan AZAL-la üz-üzə gəlib.

Qarşılaşma milli komandamızın 3 – 1 hesablı qələbəsiylə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43