Ölkə futbolu

Millimiz Bolqarıstanı məğlub edib 2-ci mərhələyə yüksəldi

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi üçüncü oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Bolqarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 4:1. Komandamızın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurub.

Beləliklə, millimiz seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb. Bu mərhələdəki rəqiblər barədə saytımızda məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43