İdman

Dünyanın ən çox qazanan baş məşqçiləri – SİYAHI

Dünyanın ən çox qazanan məşqçilərinin siyahısı açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola illik məvacibinə görə ilk sırada qərarlaşıb.

 

İllik maaşı 15,3 milyon funt-sterlinq olan ispaniyalı mütəxəssisi “Bavariya”da onun yerinə gətirilən Karlo Ançelotti izləyir. “Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo isə ilk “üçlüy”ü qapayır.

 

Maraqlıdı ki, ilk “10-luq”da yalnız İngiltərə, İspaniya və Almaniyada çalışan məşqçilər yer alır. Onlardan 6-sı Premyer Liqada fəaliyyət göstərir.

 

Ən yüksək ödənişli məşqçilər:

1. Pep Qvardiola (“Mançester Siti”) – 15,3 milyon funt-sterlinq
2. Karlo Ançelotti (“Bavariya”) – 12,6 milyon
3. Joze Mourinyo (“Mançester Yunayted”) – 12,3 milyon
4. Arsen Venger (“Arsenal”) – 8,9 milyon
5. Luis Enrike (“Barselona”) – 7,2 milyon
6. Yurgen Klopp (“Liverpul”) – 7 milyon
7. Antonio Konte (“Çelsi”) – 6,6 milyon
8. Ronald Kuman (“Everton”) – 6 milyon
9. Dieqo Simeone (“Atletiko”) – 5,1 milyon
10. Zinəddin Zidan (“Real”) – 4,6 milyon

(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43