Milli komanda

Millimiz ikinci oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA İnkişaf turnirində ikinci yeri tutub.

İdmanxeber.com-un məlumatına  görə, son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, millimiz turnirin ilk oyununda Bosniya və Herseqovinaya 1:3 hesabı ilə məğlub olub, növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43