İdman

Millimiz Norveçdən məğlub dönür – YENİLƏNİB

2018-ci il Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində millimiz bu gün növbəti görüşünə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçularımız səfərdə Norveç yığmasının qonağı olub. C qrupunda yer alan komandaların Bakıda keçirilən görüşündə Robert Prosineçkinin yetirmələri minimal hesablı qələbə qazanaraq 3 xala sevinən tərəf olmuşdu. Osloda baş tutan qarşılaşmada ev sahibləri yığmamıza heç bir şans verməyib və 2 cavabsız qolla qələbəni bayram edib.

 

VII tur

31 avqust

C qrupu

22:45. Norveç – Azərbaycan 2:0
Qol:
Kinq, 32-pen (1:0), Rəşad Sadıqov, 59 – avtoqol (2:0)
Qırmızı vərəqə: Bədavi Hüseynov, 89
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marcin Boniek,  Dawid Golis
Dördüncü hakim: Bartosz Frankowski (Hakimlər Poşadandır)

22:45. Çexiya – Almaniya
22:45. San Marino – Şimali İrlandiya 
 

N

Komanda

O

Q

H

M

 T/F

X

1

Almaniya

6

6

0

0

27-1

18

2

Ş. İrlandiya

6

4

1

1

11-2

13

3

Çexiya

6

2

3

1

9-5

9

4

Azərbaycan

6

2

1

3

3-9

7

5

Norveç

6

1

1

4

6-10

4

6

San Marino

6

0

0

6

1-30

0

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43