Milli komanda

Millimiz yenə məğlub oldu

Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, 1FC “Kaiserslautern”  klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Budaq Nəsirov vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43