Kateqoriyasız

“Qarabağ” “Dnepr” üçün hazırlaşır

Avropa Liqasının III turunda Ukranynada “Dnepr”in qonağı olacaq “Qarabağ” bu oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda gündə 1 məşqlə matça hazırlaşır.

“Qarabağ” bu gün və sabah da Bakıda məşqə çıxacaq.  Oktyabrın 22-də isə Ağdam təmsilçisi Kiyevə yollanacaq.

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu oktyabrın 23-ü keçiləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43