Kateqoriyasız

Millimizdə kütləvi yoluxma – AFFA açıqladı

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə iştirak etməyəcək.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 6 futbolçu, 1 məşqçi və inzibatçının koronavirusa yoluxması səbəb olub.

Bununla əlaqədar yığmanın Bakıdakı toplanışı da ləğv edilib. Futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov və Sənan Ağalarovda infeksiya aşkarlanıb. Məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovun da testi pozitiv çıxıb.

Qeyd edək ki, Minskdəki yarış 3 – 14 fevralda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43