Kateqoriyasız

Millimizin Antalya toplanışı başlayır

Bu gün Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayır.

İdmanxeber.com-un məlumatına görə, hazırlıq mərhələsi martın 27-dək davam edəcək. Artıq millimiz bu gün Türkiyəyə yola düşüb.

Toplanış çərçivəsində martın 26-da Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoxlama oyunu keçiriləcək.

Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçki toplanışa 25 futbolçu dəvət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43