Kateqoriyasız

Millimizin baş məşqçisi: “Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq”

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan – Koreya Respublikası oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi):“Komandamda yorğunluq var idi. Bu da ikinci hissədə özünü göstərdi. Ardıcıl 2 gərgin oyun keçirmək çıxışımıza ciddi təsir göstərdi. Futbolçular bacardıqlarını etdilər. Komandamla fəxr edirəm. Qarşıda daha bir oyunumuz var. Futbolçularım həmin oyunu artıq indidən səbirsizliklə gözləyirlər. Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq”.

An İk-Su (Koreya yığmasının baş məşqçisi): “Komandamız bu oyuna tam bərpa oluna bilməmişdi. Çünki ilk qrup mərhələsində ardıcıl 2 oyun keçirmişdik. Amma bizimlə müqayisədə Azərbaycan millisinin işi daha çətin idi. Çətinliklərə baxmayaraq, futbolçularımdan xarakter nümayiş etdirmələrini istədim. Onlar da bunun öhdəsindən gəldilər. Azərbaycan yığması yaxşı rəqibdir. Bir gün onları ölkəmizdə görmək istərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43