Milli komanda

Millimizin baş məşqçisi: “Uşaqlar meydana çıxanda qorxurdular”

Millimiz Avropa çempionatının elit-raundunda meydana çıxdığı ikinci matçında da darmadağınla qarşılaşdı. Yığmamız bu dəfə Portuqaliya önündə aciz qalaraq meydanı xalsız tərk etdi.

Millimizin baş məşqçisi Mirbağır İsayev idmanxeber.com-a açıqlamasında məğlubiyyəti belə şərh etdi:

“Ən bərbad oyunumuzu keçirdik. Səviyyəmiz budu. Uşaqlar qorxurdu. Xorvatiya və Portuqaliyanın adını eşitdilər, qorxdular. Serbiya ilə matçda daha rahat oynayacağıq. Heç bir futbolçumuz rəqibi birə-birdə keçə bilmirdi, aldada bilmirdi. Bu da ondan irəli gəlir ki. portuqallar atletik və fərdi cəhətdən çox güclüdü”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43