Kateqoriyasız

Millimizin futbolçusu Portuqaliya klubundan ayrıldı

Millimizin futbolçusu Renat Dadaşov icarə əsasında çıxış etdiyi Portuqaliya “Tondela”sından ayrılıb.

İdmanxeber.az xəbər verir ki, o, bu barədə öz instaqram hesabında paylaşım edib. 23 yaşlı hücumçu komanda ilə vidalaşıb:

“Tondela”da enişli-çıxışlı, təcrübələrlə dolu möhtəşəm bir il keçirdim. Bu fürsət üçün kluba təşəkkür etmək istəyirəm. İndi isə vidalaşmaq və gələcəyə fokuslanmaq vaxtıdır. Komanda yoldaşlarıma, azarkeşlərimizə, bütün heyətə və bu mövsüm mənə kömək edən hər kəsə təşəkkür edirəm”.

Renat müqavilə ilə “Vulverhempton”a məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Davam etmək istəyirik, ancaq bu da bizi qane edir” – Rəşad Sadıqov

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin