Kateqoriyasız

Millimizin futbolçusunun anası koronavirusdan öldü

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Amin Seydiyevə ağır itki üz verib.

2019/2020 mövsümünü “Qəbələ” klubunda keçirmiş gənc müdafiəçinin anası Şəhla xanım koronavirusdan müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib.

Oyunçunun özü isə ondan götürülən analizin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayıb.

Seydiyev ailənin tək oğludur.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev yeni mövsümdən “Sabah”da çıxış edəcək.

Allah rəhmət eləsin!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqamızda turun ən yaxşı oyunçusu

admin

Çempionlar Liqası və Avropa Liqasında qrup iştirakçıları bilindi (SİYAHI)

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin