Ölkə futbolu

Millimizin hücumçusu zədə ucbatından bu oyunları buraxacaq

Azərbaycan yığmasının üzvü Deniz Yılmaz hələ də zədələrlə boğuşur.

İdmanxeber.com-un məlumatına görə, ötən həftə FİFA-nın yığmamızda oynamasına icazə verdiyi 28 yaşlı futbolçu zədə ucbatından Superliqanın ilk iki turunu kənardan izləməli olub. 

Klubun həkimləri Yılmazın ağrılarının hələ də davam etdiyini və növbəti görüşü buraxmaq ehtimalının böyük olduğunu bildiriblər. Baş məşqçi Hamza Hamzaoğlu isə onu riskə atmamaq üçün daha bir qarşılaşmada xidmətindən yararlanmamağı düşünür. Bu isə o deməkdi ki, Dəniz sentyabrın 11-də “Fənərbaxça” ilə səfər matçında iştirak edə bilməyəcək.

Onun “Kasımpaşa” və “Kayserispor” qarşılaşmalarında da meydana çıxma ehtimalı görünmür.(bursaspordabugun.com)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43