İdman

Millimizin müdafiəçisi zədələndi

Bakıda Belarus millisinə qarşı forma geyinən millimizin üzvü Pavel Paşayev növbəti matçı buraxacaq.

İdmanxeber.com-a verilən məlumata görə, sağ cinah müdafiəçisi zədə ucbatından sabah Antalyada baş tutacaq Makedoniya qarşılaşmasını kənardan izləməli olacaq. Paşayevin cinahında isə Tural Axundovun mübarizə aparacağı gözlənilir.

Azərbaycan Makedoniya matçının start fiti saat 20:00-da çalınacaq. Görüş Mardan stadionunda oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43