Kateqoriyasız

Millimizin rəqibləri müəyyənləşdi

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması 5-ci qrupda Bosniya və Herseqovina, Avstriya və Litva komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2016-cı il oktyabrın 4-də, 6-da və 9-da Litvada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43