Milli komanda

Millimizin rəqibləri sabah məlum olacaq

Final mərhələsi 2016-cı ilin may ayında Belarusda təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, sabah UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq püşkatmanın səbətləri açıqlanıb. Qeyd edək ki, seçmə mərhələnin oyunları 2015-ci ilin avqustun 1-dən oktyabrın 31-dək müddətdə keçiriləcək.

Sabah eyni zamanda final mərhələsi 2016-cı il iyul ayında Slovakiyada təşkil olunacaq 19 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin də püşkü atılacaq. Komandalar reytinqinə görə 4 səbətə bölünüb. Qeyd edək ki, seçmə mərhələnin oyunları 2015-ci ilin 15-20 sentyabr tarixlərində keçiriləcək. Səbətlərin tərkibini nəzərinizə çatdırırıq:

U-17-nin potensial rəqibləri

A səbəti: İspaniya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya, Belçika, Polşa, İtaliya, İrlandiya, İslandiya

B səbəti: Çexiya, Rusiya, Hollandiya, İngiltərə, Finlandiya, Şotlandiya, Macarıstan, Serbiya, Türkiyə, Şimali İrlandiya, Yunanıstan

C səbəti: Rumıniya, Bosniya və Herseqovina, Sloveniya, Uels, Portuqaliya, Bolqarıstan, Ukrayna, AZƏRBAYCAN, Monteneqro, Slovakiya, Xorvatiya, Moldova, Latviya, İsrail, Farer Adaları, Estoniya, Litva, Makedoniya, Qazaxıstan, Gürcüstan, Andorra, Ermənistan.

U-19-un potensial rəqibləri

A səbəti: İsveç, Fransa, Almaniya, Norveç, Danimarka, Finlandiya, Belçika, Şotlandiya, İrlandiya, Hollandiya, İsveçrə

B səbəti: Portuqaliya, Çexiya, Serbiya, Rumıniya, İtaliya, Avstriya, İslandiya, Rusiya, Şimali İrlandiya, Uels, Polşa

C səbəti: Türkiyə, Ukrayna, Macarıstan, Yunanıstan, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Kipr, Belarus, Estoniya

D səbəti: Farer adaları, Bolqarıstan, AZƏRBAYCAN, Moldova, Latviya, Litva, İsrail, Qazaxıstan, Monteneqro, Gürcüstan, Albaniya.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43