Ölkə futbolu

Millimizin sabiq üzvü “Mersin İdman Yurdu”nda!

Millimizin sabiq üzvü Fərid Quliyevin yeni klubu müəyyənləşib.

Türkiyənin 1-ci liqa təmsilçisi “Kahramanmaraşspor”dan ayrılan futbolçumuz karyerasını yenə qardaş ölkədə davam etdirəcək. Belə ki, Quliyev birinci liqanın digər klubu “Mersin İdman Yurdu” ilə anlaşıb.

Qeyd edək ki, o, Azərbaycanda “Neftçi”, “Qarabağ”, “Bakı”, “Kəpəz”, “Standart” və “Turan” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43