Kateqoriyasız

Millimizin üzvü Almaniyada darmadağınla üzləşdi

Almaniyada İkinci Bundesliqanın 27-ci turunun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu Düsseldorf “Fortuna”sı səfərdə lider “Qröyter”lə qarşılaşıb. Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:1.

Millimizin futbolçusu bu oyunda 90 dəqiqə meydanda mübarizə aparıb.

Qeyd edək ki, “Fortuna” 33 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43