Dünya futbolu

Millimizin üzvü oynadı, komandası növbəti mərhələyə çıxdı

Ötən gün Türkiyə kubokunda III tura start verlilib.

Millimizin üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” öz meydanında aşağı liqa təmsilçisi “Ankaragücü” ilə qarşılaşıb. Əsas vaxtı 1:1 bitən matçın əlavə olunmuş dəqiqələrində Sivas təmsilçisi daha 2 qol vuraraq 3:1 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb. 

Cihan Özkara bu oyunda əsas heyətdə meydana çıxıb və oyunu əvəzlənmədən keçirib. Lakin qol vura bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43