Dünya futbolu

Millimizlə oyununun ən yaxşısı müəyyənləşdi

Almaniya milli komandasının fan-klubu DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – Almaniya oyununun ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.

İdmanxeber.com-un məlumatına görə, sorğunun nəticəsinə əsasən, Andre Şürrle sözügedən görüşün ən yaxşı oyunçusu seçilib. O, səslərin 44.1 faizini toplayıb. Mario Qomes ikinci (16 faiz), Yonas Hektor üçüncü (9.3 faiz) olub.

Qeyd edək ki, A.Şürrle millimizlə oyunda dubla imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43