Dünya futbolu

Real”dan Azara 100 milyon funt

“Real” “Çelsi”nin futbolçusu Eden Azarın transferi üçün danışıqlara başlayıb.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun belçikalı yarımmüdafiəçi üçün 100 milyon funt sterlinq (təxminən 116 milyon avro) ödəməyə hazır olduğu bildirib. Ancaq “Çelsi”nin E. Azar satmağı düşünmədiyi iddia edilib.

Qeyd edək ki, E. Azar 2012-ci ildən London klubunda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43