Dünya futbolu

Nagelsmannın müqaviləsi uzadıldı

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmannın müqaviləsi uzadılıb.

İdmanxeber.az məlumat verir ki, “bundestim” 36 yaşlı mütəxəssisin sözləşməsini 2026-cı ilin yayına qədər artırıb. Onun əvvəlki müqaviləsi Avropa Çempionatının sonuna qədər idi.

Beləliklə də Nagelsmann “Bavariya”ya qayıdacağı barədə iddialara son qoyulub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43