İdman

Millinin futbolçusu mundiala cangüdənlə yollanır

İngiltərə yığmasının futbolçularından biri Rusiyada keçiriləcək dünya çempionatına cangüdənlə yollanacaq. İdmanxeber.com-un məlumatına görə, adı açıqlanmayan həmin oyunçu yerli futbol federasiyasına bununla bağlı müraciət edib.

Mundial zamanı onu qoruyacaq cangüdən hər saatına 40 funt-sterlinq alacaq. Ümumilikdə futbolçu təhlükəsizlik xidməti üçün 7 min funt-sterlinq ödəməlidi. Federasiya isə bu məbləği qarşılamayacağını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43