İdman

Argentinada futbol matçı zamanı kütləvi dava olub, 100-dən çox azarkeş saxlanılıb – VİDEO

Argentinanın futbol üzrə II Divizionunda “Los Andes” və “Braun Adroqe” komandaları arasında keçirilmiş oyun tribunalarda fanatların kütləvi davası üzündən dayandırılıb.

İdmanxeber.com-un məlumatına görə, toqquşma matçın start fitindən 16 dəqiqə sonra başlanıb.

Əvvəlcə azarkeşlər bir-birilərinə daş və şüşə qablar atıblar. Sonra isə münaqişə yumruq döyüşlərinə keçib. İğtişaşı polis rezin güllələrin köməkliyi ilə dayandırıb.

On bir dəqiqə sonra oyun davam etdirilib. Hadisə nəticəsində 100-dən çox fanat saxlanılıb.

Görüş “Los Andes”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43