İdman

Millinin heyətində zədələnən futbolçu “Qarabağ”la görüşü buraxacaq

Azərbaycan Premyer Liqanın 21-ci turunda “Qarabağ”la qarşılaşacaq “Keşlə”nin heyətində itki var.

İdmanxeber.com-un məlumatına görə, komandanın müdafiəçisi Cabir Əmirli zədə səbəbindən Ağdam klubu ilə oyunu buraxacaq.

Gənc futbolçu U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirilən oyunda dizindən zədə alıb.

Qeyd edək ki, “Qarabağ” – “Keşlə” oyunu aprelin 1-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43