Kateqoriyasız

Misli Premyer Liqası: XIII turun cədvəli

Misli Premyer Liqasında XIII turun oyun cədvəli məlum olub.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
XIII tur

4 noyabr (cümə)

“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 15:00

5 noyabr (şənbə)

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 15:00

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00

6 noyabr (bazar)

“Səbail” – “Sabah”
“ASCO Arena”, 15:00

“Qarabağ” – “Kəpəz”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Qeyd: “Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43