Ölkə futbolu

MK-nın üzvləri bu dəfə “Simurq”un düşərgəsində

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalyada qış təlim-məşq toplanışında olan “Simurq”un düşərgəsində olub.

İdmanxeber.com-un məlumatına görə, komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov Zaqatala təmsilçisinin məskunlaşdığı “Sirena Belek” otelində klubun prezidenti Anar Bəkirov, baş məşqi Georgi Çixradze, baş menecer Kamran İsmayılov və məşqçilər korpusu ilə görüşüb. Görüş zamanı bir çox mövzularla bağlı müzakirələr aparılıb. İlk öncə komandanın hazırlığı ilə maraqlanan komitə üzvləri, daha sonra A milli komandada və digər yaş qruplarından ibarət yığmada oynayan futbolçuların durumları ilə bağlı məşqçilərlə söhbət ediblər.

Aparılan fikir mübadiləsi zamanı gənc futbolçuların yetişdirilməsi və bunun futbolumuzun inkişafı üçün vacibliyilə bağlı məsələyədə toxunulub. Həmçinin əvəzedici heyətdə oynayan və istedadlı futbolçuların asas komandaya cəlb olunması prossesi ilə bağlı məşqçilər korpusu komitə üzvlərinə məlumat verib.

Görüş zamanı legioner limiti ilə bağlı da müxtəlif dialoqlar oldu. Klubun prezidenti Anar Bəkirov bununla bağlı mövqeyini komitə üzvlərinə bildirib. Premyer Liqanın səviyyəsinin artırılması ilə yanaşı, aşağı dəstədə mübarizə aparılan komandalarda da vacib işlərin görülməsi xüsusən vurğulandı.

Sonda görüşdən razı qalan hər iki tərəf, bu cür müzakirələrin davamlı olaraq aparılmasının məqsədə uyğun olduğu bildirdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43