Dünya futbolu

“Mladost”un baş məşqçisi: “İnter”dən qorxmuruq”

“İnter” Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq.

Serbiya klubunun baş məşqçisi Nenad Milovanoviç açıqlama verib. 47 yaşlı mütəxəssis “İnter”i avrokuboklarda daha təəcrübəli sayır:

“Daha güclü və ya daha zəif komandaya rəqib ola bilərdik. “İnter”in bizdən fərqli olaraq avrokuboklarda təcrübəsi daha çoxdur. Komandamızın əsas məqsədi keyfiyyətli oyun nümayiş etdirməkdir. Təbii ki, oyuna ağ bayraq qaldırmaq üçün çıxmayacağıq. Rəqibimizdən qorxmuruq”.

Çalışdırıcı uzaq yoldan və “İnter”in süni örtüklü meydan oynamasından da söz açıb:

“Bildiyiniz kimi, Serbiya və Azərbaycan bir-birlərinə uzaq ölkələrdir. Ümid edirəm ki, maliyyə durumumuz Bakıya çarter reysi ilə getməyə imkan verəcək. Bundan əlavə, “İnter” ev oyunlarını süni örtüklü meydana keçirir. Ancaq biz belə meydandan istifadə etmirik”.

Milovanoviç “İnter”lə evdə keçirəcəkləri qarşılaşmanın Luçani şəhəri üçün əlamətdar olduğunu söyləyib:

“Azarkeşlər stadionda əla atmosfer yaratmalıdır. Stadionu doldurmaq üçün çalışacağıq. Ətraf şəhərlərin də bizi dəstəkləməsi lazımdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43