Birinci divizionda 25-ci tura yekun vurulub.
İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, səfərdə “Qaradağ Lökbatan”a 2 cavabsız qolla qalib gələn MOİK çempionluğunu rəsmiləşdirib. Ordu klubu sona 1 tur qalmış ən yaxın izləyicisi “Sumqayıt-2″ni 3 xal qabaqlayır. Sonuncu – 26-cı turda xallar bərabərləşsə belə, şəxsi oyunlarda rəqibindən üstün olan MOİK zirvədəki yerini qoruyacaq.
Turun digər görüşlərində isə aşağıdakı nəticələr qeydə alınıb.
4 may (şənbə)
“Keşlə-2” – “Şüvəlan” – 1:0
Qol: Elmir Rəhimzadə, 58
“Zirə-2” – “Sumqayıt-2” – 2:4
Qollar: Müşfiq İlyasov, 61, 75 – Fərid Kərimzadə, 4, 11, Ülvi Əliyev, 9, Emin Zamanov, 41
“Turan Tovuz” – “Səbail-2” – 2:2
Qollar: İlkin Sadıqov, 65, 73 – Təyyar Məmmədov, 32, Xəlil Bəşirov, 84
“Kəpəz” – “Ağsu” – 4:1
Qollar: Oqtay Məmmədov, 30, 41, Əli Səmədov, 35, Ümid Əhmədov, 90+3 (p.) – Ramil Əliyev, 63
“Sabah-2” – “Qarabağ-2” – 0:1
Qol: Cavid Bayramov, 88 (p.)
“Qaradağ Lökbatan” – MOİK – 0:2
Qollar: Bahadur Həziyev, 9, Orxan Həsənov, 73
“Zaqatala” – “Neftçi-2” – 1:1
Qollar: Ramin Əhmədov, 90+7 – Əlibəy Məmmədli, 73