Kateqoriyasız

MOİK-də yeni təyinat

Azərbaycan birinci divizionunda mübarizə aparan MOİK-də daha bir təyinat rəsmiləşib.

Klubun mətbuat xidmətindən məlumata görə, Ramil Əliyev bundan sonra vitse-prezident vəzifəsində çalışacaq.

O, yaxın keçmişdə “hərbçilər”in baş məşqçisi olub, sonradan Premyer Liqada çalışan ən gənc mütəxəssis kimi futbol tariximizə düşüb. Əliyev MOİK-i baş məşqçi kimi iki dəfə Premyer Liqaya çıxarıb. O, 2007/08 və 2009/10 mövsümlərinin yekunlarına görə, ordu klubunu elitaya daşıyıb.

Qeyd edək ki, Ramil Əliyev MOİK-dən başqa müxtəlif dövrlərdə iki dəfə “Rəvan”da çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43