İdman

Moskvada “Formula-1″ə dəstək məqsədilə kartinq yarışı keçiriləcək

Mayın 22-də MoskvadaFormula-1 “Avropa Qran-Prisi”-nə  dəstək məqsədilə “Azərbaycanlı Gənclərin Kuboku” adlı kartinq yarışı keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, yarışın təşkilatçısı, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili bildirib ki, artıq təşkilatı işlər yekunlaşıb, İştirak edəcək komandalar müəyyənləşib. Yarışda birincilik uğrunda 8 komanda mübarizə aparacaq.

Allahverdili Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin artıq 3 ildir fəaliyyət göstərdiyini, bu illər ərzində bir çox ilklərə imza atdığını deyib: “Artıq Rusiyada fəaliyyət göstərən bir çox KİV bizə informasiya dəstəyi verir. Yarışa maraq çox böyükdür. Hətta Rusiya Dövlət Dumasının dəstəklədiyi gənclər komandası da yarışa qatılacaq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43