Dünya futbolu

Mourinyo: “Bizi çətin imtahan gözləyir”

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarının asan keçməyəcəyini bildirib.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Mourinyo bu fikirləri deyib:

“Çox çətin qrupa düşmüşük. Hərçənd çoxları belə düşünmür. “Sportinq” Portuqaliyanın ən güclü üç klubundan biridir. “Şalke” ötən mövsümlə müqayisədə xeyli artırıb. “Maribor”un oyununu hələ görməmişəm. Onlarla gec qarşılaşacağıq, ancaq ümumilikdə qrupdakı oyunlarımız asan keçməyək. Çempionlar Liqasının ilk dörd matçından sonra Premyer Liqada “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”la qarşılaşacağıq. Bu mənada bizi çətin imtahan gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43