Kateqoriyasız

“Mourinyo hələ də dünyanın ən yaxşısıdı”

“Çelsi”nin məşqçilik postundan qovulan Joze Mourinyonun meneceri Xorxe Mendeş müştərisi haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə, Mendeş portuqaliyalı mütəxəssisin hələ də dünyanın ən yaxşısı olduğunu deyib:

“Çelsi”dən qovulmasına rəğmən Mourinyo dünyanın ən yaxşı baş məşqçisidi. O, ilk dəfə “Çelsi”ni tərk edəndə böyük məsuliyyət tələb edən təklif almışdı. İtaliyanın “İnter”inə getdi və orada mümkün kubokları qazandı. Bu böyük uğurdu. Daha sonra “Real”a gedib o klubla da tarix yazdı”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43