Dünya futbolu

Mourinyodan bir ilk

Ötən gün Çempionlar Liqasının qrup mərhələsində oynanan “Şalke” – “Çelsi” (0:3) oyunu ikincilərin çalışdırıcısı Joze Mourinyo üçün əlamətdar olub.

İlk dəfə Mourinyonun çalışdırdığı komanda Almaniyadan qələbə ilə qayıtmağı bacarıb. Bundan öncə portuqaliyalı mütəxəssis Almaniya səfərindən 6 dəfə məğlubiyyətlə qayıtmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43