Dünya futbolu

Mourinyonun gözü bu “Barselona”lıda

Dieqo Kosta və Sesk Fabreqas heyətinə qatan “Çelsi” növbəti transferini reallaşdıra bilər.

İdmanxeber.com-un məlumatına görə, artıq “Atletiko”dan Filipe Luislə də 25 milyon avro qarşılığında razılıq əldə olunub.

London klubu bu transferlə kifayətlənmək istəmir. Növbəti hədəf “Barselona”dan Aleks Sonqdur. “El Mundo Deportivo”nun xəbərinə görə, “zadəganlar” Sonqun transferini bitimək üçün 14 milyon avro ödəməyə hazırdılar.

Geridə qalan mövsümdə “Barsa” formasıyla 31 qarşılaşmada forma geyən Aleks Sonq bir dəfə də olsun fərqlənə bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43