Dünya futbolu

Mourinyonun yeni hədəfi

“Mançester Yunayted” heyətinə daha bir futbolçu cəlb etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar” “Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiçi transfer etməyi planlaşdırır. Komandanın baş məşqçisi Joze Mourinyo 28 yaşlı oyunçunun “MY”ya transfer olunmasını istəyib.

Matiç cari mövsüm ölkə çempionatında 35 matçda 1 qol vurub, 8 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43