Kateqoriyasız

Mövsümün 150-ci qolunun səsi “İnter Arena”dan gəldi

Topaz Premyer Liqasında 2014/15 mövsümünün 150-ci qolu vurulub.

İdmanxeber.com-un məlumatna görə, “İnter” və AZAL arasındakı paytaxt derbisində (1:0) vurulan yeganə qol yubiley xarakteri daşıyıb. Qonaqların qapısına yol tapan Junior Nildo günün sonuncu qolunun müəllifi kimi mövsümdə 150-ci qolu vurub. Bu turadək  54 matçda 143 top vurulmuşdu. 7 qol vurulan turun son topu 150-ci oldu. 58 matçdan sonra orta məhsuldarlıq 2,63-ə çatıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurmuşdu.(PFL)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43