Ölkə futbolu

“Sumqayıt”ın tarixində ilk

“Sumqayıt” tarixində ilk dəfə “Simurq”a qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, Topaz Premyer Liqasının XV turunun 2:1 hesabı ilə nəticələnən oyununadək 11 dəfə qarşılaşan rəqiblərin görüşlərində sumqayıtlılar cəmi 1 xal qazanmışdı. 1 heç-heçə edib, 10 dəfə uduzan komanda 12-ci cəhddə sindromu qırıb.

Aqil Məmmədovun yetirmələri həm də mövsümdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Son 8 oyunda qələbə qazana bilməyən “Sumqayıt” V turun “Bakı” ilə səfər oyunundan sonra 2 heç-heçə edib, 6 məğlubiyyət almışdı. Sentyabrın 14-dəki qələbədən sonra növbəti uğuru 84 gün gözləməli olub. Meydan sahiblərinə qələbə qazandıran qol yubiley xarakteri daşıyıb. Məhəmməd Qurbanov komandasının ev oyunlarında 50-ci qolunun müəllifi olub. Bu, komandanın öz meydanındakı 57-ci qarşılaşmada qeydə alınıb. (PFL)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43